
Zatulin ermənilərə, separatçılıq fəaliyyəti ilə məşğul olanlara satılmış, muzdla, sifarişlə çalışan çox zavallı və miskin bir şəxsdir. Onun Azərbaycanla, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı mövqeyi sərsəmlikdən və boşbozağlıqdan başqa bir şey deyil. Boşboğazlıq, yalançılıq, şər və böhtançılıq onun xislətindədir.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin (MM) komitə sədri, professor Eldar İbrahimov deyib.
Azərbaycan Prezidentinin tarixi Azərbaycan torpaqları haqqında son dövrlərdə söylədiyi fikirlərin Ermənistanda çox ciddi narazılıqla və narahatlıqla qarşılandığını deyən komitə sədrinin sözlərinə görə, xüsusən də, İ.Əliyevin azərbaycanlıların, Azərbaycan türklərinin gec-tez İrəvan, Zəngəzur, Göyçə torpaqlarına qayıdacağı ilə bağlı bəyanatları həm Ermənistan rəhbərliyini, həm də xaricdəki erməni diaspor təşkilatlarını sözün əsl mənasında və dərindən narahat etməkdədir.
“Çünki ölkə Prezidentinin fikirləri, bəyanatları tutarlı arqumentlərə, tarixi faktlara və sübuta geniş ehtiyacı olmayan dəlllərə əsaslanır. Cənab İlham Əliyevin mövqeyi tam həqiqəti əks etdirir və erməniləri, işğalçılıq və təcavüzkarlıq siyasəti ilə məşğul olan cinayətkar Ermənistan rəhbərliyini, erməni lobbisi və diasporasını fakt qarşısında qoyur”, -deyən E. İbrahimov bildirib ki, burada da söhbət Azərbaycanın Ermənistana qarşı ərazi iddiasından deyil, azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaq hüququndan gedir.
Millət vəkilinin dediyinə görə, bununla belə, Ermənistan tərəfi Azərbaycan Prezidentinin bu ədalətli və haqlı çağırışına bir neçə çox zəif cavab verdikdən sonra indi özünün ağlı ilə “ağır artilleriya”nı işə salmağa cəhd edir.
“Ermənistan üçün isə bu “ağır artilleriya” qeyd etdiyim kimi, Rusiya parlamentinin deputatı, Azərbaycana qarşı daim böhtan xarakterli, xəstə təfəkkürlü, qeyri-obyektiv çıxışları ilə tanınan Konstantin Zatulindir”, – deyə qeyd edən komitə sədri bildirib ki, Zatulin həm Azərbaycanda, həm də Rusiyanın özündə qalmaqallı, keçmişi qaranlıq bir siyasətçi kimi tanınır.
E. İbrahimovun bildirdiyinə görə, Zatulin çirkin yollarla Moskva Dövlət Universitetinə (MDİ) qəbul olunub:
“Onun öz tələbə yoldaşlarının bildirdiyinə görə, sonradan orada bir qayda olaraq bu və ya digər qayda pozuntusu edən tələbələr barədə rəhbərliyə məlumat verməklə məşğul olub. İndiyə qədər də onun elmi biliyi, siyasi savadı həm tələbə yoldaşları, həm də Rusiya elmi ictimaiyyəti arasında böyük suallar doğurur. Zatulin Rusiya parlamentinə seçilənə qədər fırıldaq işlərlə məşğul olması ilə tanınıb. O, vaxtilə komsomol xətti ilə kommersiya obyektləri yaratmış, moskvalıları pulsuz mənzil verəcəyi ilə şirnikləndirməklə 2 milyona qədər lotoreya satmış, amma onlara mənzil verməmişdi.
O, bu və ya digər siyasi qüvvə tərəfindən maddi baxımdan həvəsləndirilərək sifarişli siyasi fəaliyyəti ilə də tanınır. Ümumiyyətlə, onun adı bir qayda olaraq ya çirkin kommersiyalarda, ya fırıldaqçılıqda, yaxud da sifarişli siyasi fəaliyyətdə hallanır. Buna görə də erməni millətçiləri Zatulindən vaxtaşırı özlərinin Azərbaycana qarşı çirkin ideoloji təbliğatında istifadə etməyə çalışırlar. Amma onun dediklərinə özündən və əmr aldığı və özü ağılda, təfəkkürdə olan ağalarından başqa kimsə inanmır. O, əslində sərsəmləməlri ilə erməniləri, nökərçilik etdiyi ağalarını da pus duruma salır. Çünki onun dedikləri fakt, sübut, arqument deyil, böhtan, şər, qarayaxma və şüvənlikdir”.
E. İbrahimov bu yerdə vaxtı ilə özünün də yaxından iştirak etdiyi və şahidi olduğu bir məqamı, hadisəni xatırladıb:
“Bildiyiniz kimi, Zatulun hələ illər öncəsi Azərbaycan dövlətinin razılığı və icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər etmiş və oyuncaq, separatçı, qondarma “DQR” rəhbərliyi ilə görüşlər keçirmiş, əsl mahiyyətini ortaya qoyaraq, separatçıları dəstəklədiyini açıq-aşkar nümayiş etdirmişdi. Bu isə təbii ki, narahatlıq və etiraz doğurmaya bilməzdi. Çünki Zatulin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən birinin-Rusiyanın vətəndaşı, “siyasətçisi” idi. Odur ki, həmin vaxt Rusiyaya səfər edən Azərbaycan parlament nümayəndə heyəti bu məsələni Rusiya rəhbərliyi, xüsusilə, Dumanın rəhbərliyi qarşısında qaldırmışdı.
Daha doğrusu, o vaxt Milli Məclisin sədri olan mərhum Murtuz Ələsgərov – nümayəndə heyətinə, o, başçılıq edirdi və mən də həmin nümayəndə heyətinin tərkibindəydim- bu məsələni Rusiya Dövlət Dumasının o vaxtkı sədri Boris Qrızlovun qarşısında qaldırmış və Zatulinin hərəkərlərinin yolverilməz olduğunu, bununla bağlı ölçü götürülməsinin vacibliyini dilə gətirmişdi. Boris Qrızlov da həmin vaxt Zatulinin bu hərəkətlərini pisləyərək, bu addımların yolverilməz olduğunu bildirməklə yanaşı, bunun Rusiya parlamentinin və Rusiya dövlətinin mövqeyni əks etdirmədiyini də ifadə etmişdi. Ancaq görünən odur ki, Zatulin onunla bağlı ölçü götürülmədiyi, hərəkərlərinə layiqli qiymət verilmədiyi, cəzalandırılmadığı üçün öz fitnəkar əməllərindən əl çəkmək fikrində deyil,əksinə, separatizmə, erməni terrorçuluğuna dəstək ifadə edən fəaliyyətini daha da genişləndirməkdədir.
Ancaq dediyim ki, ona özündən və erməni ağalarından başqa inan, ciddiyə alan yoxdur. Görün iş nə yerə çatıb ki, bu adamı efirdə, milyonların gözü qarşısında təhqir edirlər. Konkret olaraq, Rusiya liberal-demokratlarının lideri və qalmaqallı bəyanatları ilə tanınan Vladimir Jirinovski bugünlərdə Rusiya1 telekanalında Vladimir Solovyovun məşhur verilişində Zatulini ağır və sərt ifadələrlə söydü, təhqir etdi, onu necə deyərlər, “ağlını başına yığmağa” çağırdı. Şəxsən mən bu mövqeyinə görə Jirinovskiyə öz minnətdarlığımı bildirirəm.
Eyni zamanda, bir daha onu qeyd etmək istəyirəm ki, Zatulin və onun kimilər nə qədər sərsəmləsələr də, həqiqətin gözünə daş basmağa çalışsalar da, Allahsızlıq, vicdansızlıq etsələr də, heç nəyə nail ola bilməyəcəklər, öz çirkin və murdar niyyətləri baş tutmayaq, öz başlarında çatlayacaq. Çünki həqiqət, obyektivlik, reallıq Azərbaycanın tərəfindədir. İndiki Ermənistan adlanan dövlətin ərazisi,onun torpaqlarının böyük bir hissəsi tarixi, əzəli-əbədi Azərbaycan, türk torpaqladır və gec-tez öz tarixi sahiblərinə də geri dönəcək, onların olacaq”.
Qeyd edək ki, rusiyalı deputat Konstantin Zatulin Yerevana səfəri zamanı bildirmişdi ki, “ermənilər narahat olmasınlar, Rusiya Azərbaycana köhnə silah satır”.
H.Nihat
Gununsesi.info