Zaur ATV-də işə başlayır – FOTO

  • By admin
  • 17 Dekabr 2020 11:36

Aparıcı Zaur Kamal 106.3 FM-də işə başlayır.

Gununsesi.org bildirir ki, bu barədə Z.Kamal sosial şəbəkədə məlumat verib.

O, dekabrın 21-dən etibarən həftəiçi hər gün “Danışır Zaur” verilişində dinləyicilərin görüşünə gələcək.

Zaur paylaşımına “davamı var” sözlərini qeyd etməsi ilə də tezliklə ATV telekanalında aparıcılığa başlayacağına işarə vurub.

Qeyd edək ki, Z.Kamal bir neçə gün əvvəl ATV telekanalının önündə çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşaraq 23 ildir çalışdığı “Xəzər” TV ilə yollarını ayırdığını bildirmişdi.

Gununsesi.org