
Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan” klubunun ümumi yığıncağı keçirilib.
Gununsesi.info xəbər verir ki, yığıncaqda klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb.
Ramin Axundov “Araz-Naxçıvan”ın prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.
Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir.
Ramin Axundov Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.
Gununsesi.info