Zaurdan SƏRT ÇIXIŞ: Kimsənin ağlına gəlməsin ki, Xoşqədəm Hidayətqızını... - VİDEO

  • By admin
  • 11 Oktyabr 2021 11:11

xxx

“Kimsənin ağlına gəlməsin ki, gəlib Xoşqədəm Hidayətqızını pisləyəcək və mən ona şərait yaradacam. Əsla…” 

Gununsesi.info xəbər verir ki, bu sözləri “Bizimləsən” verilişinin dünənki buraxılışında aparıcı Zaur Baxşəliyev deyib.

O, bir müddət əvvəl qalmaqal yaşadığı Xoşqədəm Hidayətqızından danışıb. Buna səbəb isə proqramına yardım üçün qatılan Şölə adlı iştirakçının dedikləri olub. Fiziki məhdudiyyətli xanımın X.Hidayətqızının adını çəkməsi Zauru əsəbiləşdirib.

Proqramında həmkarının pislənməsinə icazə vermədiyini deyən Z.Baxşəliyev sözlərinə belə davam edib: “Çünki hamımız bu televiziyada çalışırıq, çörək qazanırıq və xalqa xidmət edirik. İnşallah, onun da verilişi açılar, qayıdar efirə. Biz də gözləyirik. Bütün yükləri hər kəs çəkməli deyil ki… Əlbəttə gəlsin, gəlməlidir də. Niyə də yox. Kim yaxşılıq edirsə, Allah canını sağ etsin, balasını saxlasın”.

Gununsesi.info