“Zavallıya nə bacıları hörmət edir, nə həyat yoldaşı…” - MEHRİBAN ZEYNALOVA ÇARƏNİ ƏMƏK NAZİRLİYİNDƏ GÖRÜR

  • By admin
  • 04 Avqust 2016 11:36

mehri-5

“Bir xanımın əri ilə danışırıq…Beləsinə bəxti gətirməyənlər deyərlər. Çünki ona nə bacıları hörmət edir, nə həyat yoldaşı”.

Gununsesi.info-nun məlumatına görə, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz “Facebook” statusunda yazıb. O, yazıb ki, həmin qadının bacısına söz deyən kimi, deyir ki, bu dəqiqə 102 zəng vuracam, yəni həyat yoldaşı və bacıları arasında hec bir hörmət və abır qalmayıb.

“Acıdım… Belə ailələrdə ailə bağı deyilən heç nə olmur. Özü də elə nüfuz qazana bilməyib ki, ailəni idarə etsin. Məsələnin həlli yolunu axtarırıq. Bu ailəyə bütünlüklə sosial işçi və psixoloq ayırmaq lazımdır ki, gündəlik ailəyə səfərlər etsin. Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinin sosial işçiləri təcili qeydiyyata almalıdır ki, belə ailələr istiqamətləndirsin”-deyə, o, əlavə edib.

K.Həmzəoğlu

Gununsesi.info