Zavodda partlayış baş verib - 3 ÖLÜ, 5 YARALI

  • By admin
  • 08 Noyabr 2017 19:20

Türkiyənin Bursa şəhərindəki tekstil zavodunda partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, partlayış zamanı dağıntılar qeydə alınıb.

Əraziyə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ətrafdakı binalara da ciddi ziyan dəydiyi bildirilir.

Gununsesi.info