Zaxarova Azərbaycanın adından danışır

  • By admin
  • 04 Aprel 2024 15:49
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Ermənistanı hədələyib.
Gununsesi.info bildirir ki, Zaxarova bu dəfə Azərbaycanın adından danışıb.
“Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır”.
Bu gün də Fransanın İrəvandakı səfiri Olivye Dekotini Ermənistanın əvəzinə Rusiya rəsmisinə cavab verib:
“Son illərdə gördüyüm odur ki, Ermənistanın köməyə ehtiyacı olanda Rusiya orada deyildi və Qərb bu gün müxtəlif təşkilatları, çoxsaylı təşəbbüsləri, müxtəlif ölkələri təmsil edərək köməyə gəlir..”
Göründüyü kimi bu açıqlamalar regionda geosiyasi savaşın əlamətlərini göstərir.
Zaxarova iddia edir ki, ölkəsi Avropa İttifaqından və ABŞ-dan fərqli olaraq  həmişə Cənubi Qafqazda davamlı sülhün və firavanlığın təmin edilməsi üçün mövcud fikir ayrılıqlarının kompleks şəkildə, kompromisli həllinin tərəfdarı olub.
Amma Qərb ekspertləri hesab edir ki, bugün Azərbaycanla Ermənistan arasında sülh sazişinin baş tutmamasının səbəbkarı elə Rusiyadır.
Çünki, saziş imzalanacağı təqdirdə Ermənistanın Avropa və Avroatlantik məkana inteqrasiya siyasəti  sürətlənəcək.
Gununsesi.info