Zaxarova Fələstin-İsrail münaqişəsində ABŞ-ın rolundan danışıb

ABŞ-ın Fələstin-İsrail münaqişəsində sülhməramlı rolu Yaxın Şərqi növbəti dəfə uçuruma aparıb.

Gununsesi.info xəbər verir ki, bunu Sputnik radiosuna açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, əgər Birləşmiş Ştatlar Yaxın Şərq regionunda münaqişələrin güc yolu ilə həlli ilə məşğul olacağını və müəyyən tərəf və ya dövlətlə üzləşəcəyini və özünü vasitəçi kimi təqdim etməyəcəyini desəydi, bu, “bir söhbət olardı”.

“Ancaq onlar sülhməramlı rolu ilə gəldilər. Və bu sülhməramlı rolu bu regionu yenidən uçuruma sövq edib”, – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.

Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp hazırkı Amerika lideri Co Bayden və onun administrasiyasını İranın İsrailə hücumunda ittiham edib.

Onun sözlərinə görə, bu, Amerikanın xarici siyasətinin zəifliyi səbəbindən baş verib.

 

 

Gununsesi.info