“Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd Kiyev tərəfindən törədilmiş terror aktıdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “RİA Novosti”- yə danışıb.
Diplomat bildirib ki, “Bu, Kiyev rejiminin döyüş meydanında bunun üçün heç bir perspektiv olmadığını bir daha anladığı zaman nümayiş etdirdiyi daha bir terrorizm və ekstremizm aktıdır”.
Zaxarova əlavə edib ki, Alekseyevə qarşı sui-qəsd cəhdi də Qərb ölkələri tərəfindən maliyyələşdirilən hibrid müharibənin bir hissəsidir.
Onun sözlərinə görə, bu cür hərəkətlərin məqsədlərindən biri sülh danışıqlarını pozmaqdır.
Qeyd edək ki, fevralın 6-sı səhəri Alekseyevə Volokolamskoye şossesindəki evində sui-qəsd cəhdi edilib. Hücum edən şəxs zabitə ən azı üç dəfə atəş açaraq qaçıb.
Maqsud












