Zaxarova zarafatla bildirib ki, xarici agentlər haqqında qanun ABŞ-ın Aİ-yə daxil olmasına icazə vermir.
Gununsesi.info “MK.ru”ya istinadən xəbər verir ki, Mariya Zaxarova Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin Tbilisidə etirazlara səbəb olan “Xarici agentlər haqqında qanunun Aİ dəyərləri ilə bir araya sığmır” sözlərini şərh edib.
Zaxarova bu məsələyə zarafatla cavab verib.
“İndi aydın oldu ki, ABŞ hələ də niyə Avropa İttifaqında deyil – bu qanun orada 1938-ci ildən qüvvədədir”, – diplomat yazıb.