
Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmağa istiqamətlənən aktiv vasitəçilik səylərini davam etdirir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, oktyabrın 20-21-də Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ayrı-ayrılıqda Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğunu xatırladıb.
“Əvvəlki kimi, həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında çalışırıq. Vasitəçilərin növbəti görüşü sabah Vaşinqtonda planlaşdırılır”, – deyə M. Zaxarova vurğulayıb.
Gununsesi.info