Zaxarova: “Saxlanılan şəxslərin dəyişdirilməsinə dair razılıq olsa, sözsüz ki, bunu dəstəkləyəcəyik”

  • By admin
  • 18 Dekabr 2019 20:16

“Əsirlərin dəyişdirilməsi məsələsi hər zaman danışıqların gündəmindədir”.

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, digər həbsdə saxlanılanlarla bağlı da iş gedir: “Əgər bu barədə razılıq əldə olunsa, biz sözsüz ki, bunu dəstəkləyəcəyik”.

 

Gununsesi.org