Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik Radiosunda 2005-ci ildə Nyu-Yorkda baş tutan toyu haqqında danışıb.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Diplomat bildirib ki, əri ilə ABŞ-a işgüzar səfərə yola düşməzdən qısa müddət əvvəl tanış olub.
Nyu-Yorkda bir neçə ay işlədikdən sonra Zaxarovanın gələcək əri rəsmi olaraq evlənmək üçün ABŞ-a gəlib.
Onlar Rusiya konsulluğunda evləniblər.
Zaxarovanın sözlərinə görə, vitse-konsul onun və sevgilisinin nikahını qeydiyyata alıb.
Maqsud











