Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası ilə bağlı açıqlamasına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Zaxarova Paşinyanın baza ilə bağlı fikirlərini Telegram kanalında paylaşaraq, Mixail Bulqakovun “İt ürəyi” əsərindən sitat gətirib.
Rusiya XİN rəsmisi paylaşımında “Siz kişisiniz, yoxsa qadın?” ifadəsindən istifadə etməklə Paşinyanın mövqeyinə istehzalı münasibətini ifadə edib.
Xatırladaq ki, Paşinyan 102-ci Rusiya hərbi bazasının Ermənistan üçün həyati əhəmiyyət daşımadığını açıqlayıb. O bildirib ki, Rusiya hərbi bazanın Ermənistandan çıxarılması barədə qərar qəbul edərsə, Ermənistan hakimiyyəti buna qarşı çıxmayacaq.












