
“Dünya qloballaşıb, kiçilb, sıxılıb. Və bu proseslər qarşılıqlı şəkildə bağlıdır. Baş verən problemlər bəşəriyyət üçün inkişaf və fayda vəd edir, lakin problemlər də var. Həmin problemlər bizdə narahatlıq doğurur”.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama bunu Silikon vadisində, Stenford Universitetində keçirilmiş “Global Entrepreneurship Summit”də çıxış edərkən deyib.
Barak Obamanın sözlərinə görə, sahibkarlıq dünya miqyasında iqtisadi inkişafın hərəkətverici qüvvəsi olaraq qalır.
ABŞ prezidenti ötən il də Stenforda yollanmış, kibertəhlükəsizlik problemlərinə həsr olunmuş konfransda iştirak etmişdi.
Builki konfransın fəxri qonaqları arasında Facebook-un banisi və sahibi Mark Zukerberq, məşhur misirli İT mütəxəssis May Midhət, Coogle korporasiyasının baş direktoru Sundar Piçai də vardı.
Konfransdan sonra Barak Obama Facebook Live-də M.Zukerberqin suallarını cavablayıb.(Milli.az)