
“Kiyev Rusiya əraziləri üçün Qərb tərəfdaşları ilə silahlarından istifadə etmək barədə danışıqlar aparır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O, bildirib ki, hələlik belə danışıqların müsbət nəticəsi yoxdur və biz aldığımız silahların bütün həcmini riskə ata bilmərik.
Bildiyimiz kimi aprelin 24-də Bayden Ukraynaya 61 milyard dollar hərbi yardımın ayrılması haqqında fərman imzalayıb. Eyni zamanda məlum olub ki, Vaşinqton gizli şəkildə Kiyevə uzaq mənzilli ATACMS təchiz edib. Bloomberg-in Ağ Evdəki mənbələrinə görə, raketlər Rusiyanın Ukraynadakı kritik infrastruktura hücumlarının tezliyi ilə əlaqədar martın 12-də təsdiqlənən 300 milyon dollarlıq yardım paketinə daxil edilib.
Aprelin 30-na keçən gecə Ukrayna Silahlı Qüvvələri ATACMS-dən istifadə edərək Krıma hücum edib və Krım körpüsündə hərəkət müvəqqəti olaraq bağlanıb. Daha sonra Ukrayna hərbçiləri yarımadadakı üç hava hücumundan müdafiə bazasını eyni anda uğurla vura bilib. Nəticədə beş rus hərbçisi isə yaralanıb.
Əldə olunan məlumatda deyilir ki, Birləşmiş Ştatlar Amerikanın Krıma raket hücumlarına qarşı deyil. Çünki bu ərazini Ukrayna ərazisi hesab edir. Ağ Ev də Ukraynanın digər işğal olunmuş bölgələrində Rusiya hədəflərinə qarşı raketlərin tətbiqinə etiraz etmir.
Qeyd edək ki, mayın 15-də ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfəri zamanı xatırladıb ki, ABŞ Rusiya ərazisinə Amerika silahları ilə hücumları təşviq etmir: “Biz Ukraynadan kənarda zərbələrə icazə vermirik” .
Şəbnəm
Gununsesi.info