Zelenskaya: “Qərb maliyyə dəstəyi verməyə davam etməsə, ukraynalılar ölüm təhlükəsi ilə üzləşəcəklər”

  • By admin
  • 09 Dekabr 2023 13:56

“Qərb maliyyə dəstəyi verməyə davam etməsə, ukraynalılar ölüm təhlükəsi ilə üzləşəcəklər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena BBC-yə müsahibəsində bildirib

Ukraynanın birinci xanımı bu barədə respublikaçı senatorların Kiyevə dəyəri 60 milyard dollardan çox olan yardım layihəsini bloklamasından bir gün sonra danışıb.

“Bizim həqiqətən köməyə ehtiyacımız var. Sadə sözlə desək, bu vəziyyətdən bezmək olmaz, çünki yorulsaq, öləcəyik. Dünya yorulursa, sadəcə ölməyimizə icazə verəcəklər. Yardım etmək ehtirasının sönməsinin əlamətlərini görmək bizi ağrıdır. Bizim üçün bu, həyat məsələsidir. Buna görə də bunu görmək çox ağırdır”, – Zelenskaya bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron daha əvvəl deyib ki, Ukraynadakı döyüşlər təkcə Avropanın deyil, həm də ABŞ-ın təhlükəsizliyini təhdid edir. Onun sözlərinə görə, Qərb Rusiya prezidenti Vladimir Putini Ukraynada dayandırmazsa, o zaman “daha ​​çoxuna qayıdacaq”.

ABŞ prezidenti Co Bayden istisna etməyib ki, Ukraynada qalib gəlsələr, Rusiya qoşunları istənilən NATO ölkəsini işğal edə bilər. Ağ Evin sahibi əmin olduğunu bildirib ki, Putin Ukraynanı işğal edərsə, bununla dayanmayacaq.

Bundan əvvəl “Military Watch Magazine” məlumat yayıb ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin böyük itkiləri və əks-hücum əməliyyatında uğursuzluqlar səbəbindən Ukraynaya yardımdan tədricən imtina edir. Müəlliflərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatlarının getdikcə daha çox qəbul edilən uğursuzluğu səbəbindən Kiyevə silah tədarükünə qarşı müqavimət Vaşinqtonda güclənib.

Gununsesi.info