Zelenski 2 generalı rütbədən məhrum edib

  • By admin
  • 01 Aprel 2022 15:40

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik xidmətinin 2 generalını rütbədən məhrum edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumat prezidentin Youtube kanalında yayımlanıb.

Rütbədən məhrum edilənlər Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisi Andrey Naumov və idarənin Xerson vilayətindəki şöbəsinin rəisi Sergey Krivoruçkodur.

Zelenski hər 2 şəxsi vətən xaini adlandırıb və onların cəzalandırılacağını bildirib.

Gununsesi.info