Zelenski: Müharibəni Putin bitirə bilər

  • By admin
  • 08 Mart 2022 13:58

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya lideri Vladimir Putin informasiya köpüyü içindədir.

Gununsesi.info xəbər verir ki, o, bu barədə ABC News-a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Putin Ukraynada başlatdığı müharibəni bitirə bilər.

“Putin informasiya köpüyü içindədir, o, özü başladığı müharibəni bitirə bilər”, – Ukrayna prezidenti bildirib.

Zelenski həmçinin əlavə edib ki, onu seçən insanlar təslim olmağa və ultimatumlara hazır deyil.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl vurğulamışdı ki, Ukrayna ukraynalılara sülhə necə gələcəyimizi izah edənə qədər Rusiya ilə danışıqlarda israrlı olacaq.

Gununsesi.info