Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasındakı çıxışından sonra Ağ Evdə amerikalı həmkarı Co Baydenlə görüşəcək.
Gununsesi.info bildirir ki, bu barədə ABŞ administrasiyasındakı anonimlik şərti ilə mənbələr məlumat verib.
Məlumata görə, Ukrayna lideri ABŞ Konqresinə də səfər edəcək.
Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə amerikalı həmkarı Co Baydenlə görüşməyi planlaşdırır.
Hazırda ABŞ Konqresi Ukraynaya 21 milyard dollar məbləğində əlavə yardımın ayrılması məsələsini müzakirə edir.
ABŞ Konqresində bəzi respublikaçılar Kiyevə yardımı azaltmağa çağırırlar.
2022-ci ilin dekabrında Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresində çıxış edib. O, Ukraynaya verilən vəsaitlərin “ianə” deyil, “qlobal təhlükəsizlik və demokratiyaya sərmayə” olduğunu bildirib.
Arzu
Gununsesi.info