Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və onun Avropa müttəfiqləri ölkənin prinsipial mövqelərinin ABŞ-ın sülh planında nəzərə alınmasını təmin etmək üçün sıx əməkdaşlıq edirlər.
Zelenski ABŞ-ın hazırladığı sülh planını müzakirə etmək üçün Almaniya, Fransa və Britaniya liderləri ilə birgə telefon zəngi həyata keçirib.
Prezident sosial şəbəkədə yazıb: “Biz Amerika tərəfi tərəfindən hazırlanan sənəd üzərində işləyirik. Bu plan əsl və ləyaqətli bir sülhü təmin etməlidir.”
Afət











