Zelenski ABŞ-ın yeni hərbi yardım paketinin anonsunu verdi

Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtondan yeni hərbi yardım paketini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Ukrayna lideri bu barədə Kiyevdə Pentaqon rəhbəri Lloyd Ostin ilə görüşdən sonra bildirib.

“ABŞ-dan dövlətimiz üçün yeni müdafiə paketi var. Mən minnətdaram. Xüsusilə, daha çox artilleriya olacaq – hazırda ehtiyac duyulan mərmilər”, – Zelenski deyib.

Eyni zamanda, o, növbəti hərbi yardım paketinin elan olunacağı tarixi dəqiqləşdirməyib.

Zelenski ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı Kristofer Kavoli ilə danışıqları “çox məhsuldar” adlandırıb.

Noyabrın 20-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin elan olunmamış səfərlə Kiyevə gəlib.

Pentaqonun rəhbərini Ukraynaya səfəri zamanı onu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin komandanı, ABŞ ordusu generalı Kristofer Kavoli müşayiət edib.

Gununsesi.info