Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ABŞ-a səfər etməyə hazırlaşır.
“Gununsesi” rus KİV-nə istinadən xəbər verir ki, ABŞ lideri Donald Tramp ukraynalı həmkarına məktub ünvanlayaraq onu Ağ Evə dəvət edib. Rəsmi xarakter daşıyan səfərin avqust-sentyabr aylarında baş tutacağı gözlənilir.
Bildirilir ki, görüşdə hər iki lider Donbassdakı hərbi münaqişə və onun nizamlanması barədə müzakirələr aparacaq.