Zelenski Ali Radanı buraxdı

  • By admin
  • 21 May 2019 20:32

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın buraxılması barədə Fərman imzalayıb. Prezident həmçinin iyulun 21-də parlamentə növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

Dövlət başçısının fərmanında bildirilir ki, Ali Radanın buraxılması qərarı 30 gün ərzində hakim koalisiyanın olmamasından irəli gəlib. (Ukrayna Konstitutsiyasının I hissəsinin II maddəsinin I bəndinə əsasən).

Prezidentin inauqurasiyasından az öncə, mayın 17-də parlamentin spikeri Andrey Parubiy hakim koalisiyanın süqutunu elan edərək, yeni koalisiya sazişi aparmaq üçün 30 günlük müddət təyin edib.