Timur Tkaçenko Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.
Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, əslən Azərbaycandan olan T.Tkaçenko bu vəzifəyə 2024-cü il dekabrın 31-də təyin edilmişdi. Hələ may ayında yerli mətbuatda onun istefa ərizəsi yazdığı barədə məlumat yayılmışdı.
36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.











