Zelenski Azərbaycana təşəkkür etdi

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 23:46

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə verdiyi dəstəyə görə Azərbaycana və bir sıra ölkələrə təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, V.Zelenski bu barədə “X” sosial şəbəkəsindəki paylaşımda yazıb.

“Ukraynanı qlobal diqqət mərkəzində saxladıqları üçün Argentina, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Avropa Şurası, Çexiya, Ekvador, Avropa İttifaqı, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İraq, İrlandiya, İsrail, İtaliya, İordaniya, Latviya, Litva, Lüksemburq, Moldova, Monteneqro, Şimali Makedoniya, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Tayland, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və Vyetnama minnətdaram. Dəstək göstərən hər bir addım əhəmiyyətlidir. Ölkəmizin müstəqilliyinin bərpasının 35-ci ildönümündə Ukrayna və ukraynalılar haqqında düşünməyinizi yüksək qiymətləndiririk”, – deyə paylaşımda qeyd edilir.

Gununsesi.info