Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Ukrayna ordusu tərəfindən azad edilmiş İzyum şəhərinə səfər edib.
V.Zelenski şəhəri Rusiya ordusundan azad edən Ukrayna Silahlı Qüvvələrinin və digər hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb, əməliyyatın icrasında göstərdikləri qəhrəmanlığa görə onlara təşəkkür edib.
Zelenski İzyum şəhərində Ukraynanın dövlət bayrağını qaldırıb.
Gununsesi.info