Zelenski Baydenə “gözəl hədiyyə” üçün təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın növbəti hərbi yardım paketinə reaksiya verib.

Zelenski “Twitter” hesabında bununla bağlı paylaşım edib.

“Ukrayna üçün daha 725 milyon dollarlıq təhlükəsizlik yardımı paketinə görə Co Baydenə və Amerika xalqına səmimi qəlbdən minnətdaram. Biz əsasən HIMARS və artilleriya üçün zəruri olan sursatları alacağıq. Ukrayna Müdafiəçiləri Günü üçün əla hədiyyədir”, – deyə Zelenski qeyd edib.

Gununsesi.info