Zelenski Bayden və Çin liderini Sülh Sammitinə dəvət edib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Bayden və Çin lider Si Cinpini 15-16 iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə çağırıb.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən , bu barədə Zelenski teleqram kanalında yerləşdirdiyi videoda bildirib.

Zelenskinin sözlərinə görə, dəvət olunmuş 160 dövlətdən 80-dən çoxu artıq iştirakını təsdiqləyib.

“Mən indiyə qədər sülh sammitinə hazırlaşmaq üçün qlobal səylərin kənarında olan dünya liderlərinə müraciət edirəm: Prezident Bayden, ABŞ lideri, Prezident Si, Çin lideri. Zərbələr arasında fasilə deyil, sülhün olması üçün liderliyinizi göstərin”, – deyə Zelenski qeyd edib.

“Bloomberg” nəşri yazıb ki, Co Bayden İsveçrədəki konfransda iştirak etməyə bilər. O, seçki kampaniyasına vəsait toplamaq üçün həmin vaxt Kaliforniyaya gedəcək.

Çin sammitdə iştirakını təsdiqləməyib.