Zelenski Baydenlə təhlükəsizlik məsələlərini müzakirə etdi

Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı təhlükəsizlik məsələlərini və Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz “Twitter” səhifəsində yazıb.

“Daimi dialoq çərçivəsində ABŞ prezidenti Co Baydenlə növbəti danışıqlar apardım. Gündəliyə təhlükəsizlik, Ukraynaya maliyyə dəstəyi və Rusiya Federasiyasına qarşı sanksiya siyasətinin davam etdirilməsi məsələləri daxil olub”, – deyə qeyd olunub.

Gununsesi.info