Zelenski Baydenlə Rusiyaya sanksiyaları müzakirə etdi

  • By admin
  • 11 Mart 2022 20:16

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə V.Zelenski Tvitter səhifəsində yazıb.

Tərəflər Ukraynanın müdafiə sektoruna gələcək dəstəyi və Rusiyaya gücləndirilmiş sanksiyaları müzakirə ediblər.

“Rusiyanın dinc sakinlərə qarşı cinayəti barədə ona ( Baydenə – red.) məlumat verdim”, – Zelenski bildirib.

Gununsesi.info