Zelenski Belarusla sərhədə getdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Belarus və Polşa ilə sərhədində yerləşən Volın vilayətinə səfər edib.

Gununsesi.info “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, Zelenski Volında ukraynalı sərhədçilərlə görüşüb.

Bununla yanaşı, Zelenski burada dövlət sərhədinin mühafizəsi, eləcə də regionda təhlükəsizliklə bağlı vəziyyətə dair iclas da keçirib.

Xatırladaq ki, V. Zelenski aprelin 18-i Donetsk vilayətinin Avdeevka şəhərinə səfər edib.

 

Gununsesi.info