“Biz artıq “B” planındayıq, bu planda yaşayırıq və mübarizə aparırıq”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Komissiyasının brifinqində bildirib.
Zelenski bunu ABŞ Prezidenti Co Baydenin onun sülh planını dəstəkləməkdən imtina etməsi halında əlavə planının olmasını şərh edərkən deyib.
“Dünən bir jurnalist mənə sual verdi: Prezident Bayden planınızı dəstəkləməsə nə olacaq? “B” planı” varmı? Mən səmimi cavab verdim ki, biz artıq “B” planındayıq, bu planda yaşayırıq və mübarizə aparırıq”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Gununsesi.info