Zelenski bu yerlərə “Qəhrəman şəhər” adı verdi

  • By admin
  • 25 Mart 2022 09:34

Ukraynanın daha dörd yaşayış məntəqəsinə “qəhrəman şəhər” adı verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, “qəhrəman şəhər” fəxri adı Kiyev vilayətinin Buça, İrpen şəhərləri, həmçinin Mikolayev vilayətinin Nikolayev şəhəri və Sum vilayətinin Oxtırka şəhərlərinə verilib.

Bundan öncə, Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa və Xersona “qəhrəman şəhər” fəxri adını vermişdi.

Gununsesi.info