Zelenski bunkerdə saxlanılır

  • By admin
  • 25 Fevral 2022 15:44

Rusiya Silahlı Qüvvələrinin Kiyevə hücumu səbəbindən Ukrayna Prezidenti Vladimir Zelenski bunkerə aparılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.

HTML tutorial

Zelenskinin Avropa İttifaqının fövqəladə iclasına zirzəmidən və ya bunkerdən qatıldığı məlum olub.

İsveçin Baş naziri Maqdalena Andersson bunları söyləyib: “O zirzəmiyə və yaxud bunkerə bənzəyən bir yerdə əyləşmişdi. O bizə Ukraynadakı vəziyyətlə bağlı məlumat verdi. Biz sağollaşanda hamımız bilirdik ki, bir daha bir-birimizi görəcəyimiz dəqiq deyil. Hər şey növbəti bir neçə gün ərzində hadisələrin necə inkişaf edəcəyindən asılıdır”.

Qeyd edək ki, Ukrayna Prezidenti ötən gün bildirib ki, ailəsi ölkədədir və oranı tərk etmək fikrində deyil.

 

 

Gununsesi.info