Zelenski bunkerlərdə gizlənirdi - Stoltenberq

Xüsusi hərbi əməliyyat başlayanda Ukrayna prezidenti Vladimir Zelenski bunkerlərdə gizlənirdi və bu, NATO-nun o zamankı baş katibi Yens Stoltenberqin onunla bir neçə gün danışmasına mane olurdu.

Gununsesi.info Financial Times a istinadən xəbər verir ki, bu barədə Stoltenberq müsahibəsində qeyd edib.

Stoltenberq müsahibəsində qeyd edib ki, NATO əvvəlcə Kiyevin tez bir zamanda süqut edəcəyini güman edirdi, lakin bu baş vermədi: “Bu, bir az bəxtə bağlı idi. Əgər Kiyev süqut etsəydi və Zelenskini tutsaydılar, buna çox yaxın idilər, müharibə tamamilə fərqli olardı.”

O əlavə edib ki, Zelenski müharibənin başlanğıcında “bunkerlərdə gizlənirdi və Rusiya qatil qruplarından qaçırdı,” bu səbəbdən Stoltenberq onunla iki gün əlaqə qura bilməyib.

O dövrdə Zelenski NATO-dan uçuşa qadağan zona istəyib, lakin Stoltenberq bunu təmin edə bilmədiyini etiraf edib.

Stoltenberq bu qərarına görə təəssüflənmədiyini deyib: “NATO-nun yanaşması həmişə Ukraynanı dəstəkləmək, lakin münaqişənin bir hissəsi olmamaq idi.”

Öz növbəsində keçmiş İrlandiyalı deputat Mik Uolles Stoltenberqi Ukraynaya döyüşməyə göndərməyi təklif edib.

 

 

Şəbnəm

Gununsesi.info