Zelenski Çindən evakuasiya olunan vətəndaşları Ukraynaya buraxmaq istəməyənləri qınadı

  • By admin
  • 20 Fevral 2020 15:30

Ukrayna Prezidenti Vladimir Zelenski Çindən evakuasiya olunan vətəndaşları ölkəyə buraxmaq istəməyənləri qınayıb.

Gununsesiaz.info bildirir ki, bu barədə Ukrayna prezidenti “Facebook” hesabında yazıb.

“Təhlükəli olan virusun yayılması deyil, bizim insan və ukraynalı olmağımızı unutmağımızdır”, – deyə ölkə başçısı bildirib.

V.Zelenski təyyarənin evakuasiya olunanlarla birlikdə Ukraynaya uçduğunu deyib: “Onlar Poltava yaxınlığında Milli Qvardiyanın qapalı tibb mərkəzinə yerləşdirilərək tamamilə təcrid olunacaq və həmin şəxslərlə bağlı lazımi təhlükəsizlik tədbirləri görüləcək”.

“Bir ukraynalı həmişə ukraynalı olaraq qalır. Uhanda müvəqqəti qalmaq və ya Kanadaya mühacirət etmək onu ölkəsi üçün yad insan etmir. Hökumət çətinlik çəkən hər kəs üçün mübarizə aparacaq. Cəmiyyətin də eyni davranacağını ümid edirəm”, – deyə Zelenski bildirib.

Gununsesiaz.info