Zelenski Davos danışıqlarından sonra Trampın vədi barədə danışıb

  • By Admin2
  • 23 Yanvar 2026 14:40

Davos danışıqları zamanı ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ilə ABŞ arasında azad ticarət zonasının yaradılması ideyasını dəstəkləyəcəyinə söz verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski bildirib.

Zelenski bildirib ki, Tramp azad ticarət zonasını dəstəkləyir və Ukraynanın onu qəbul edəcəyini bir daha təkrarlayıb.

Ukrayna mediasının məlumatına görə, azad ticarət zonası beynəlxalq müqaviləyə əsasən, sazişdə iştirak edən ölkələr arasında gömrük rüsumlarının, vergilərin və qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətlərinin ləğvini nəzərdə tutur. Lakin Tramp və Zelenskinin Davos danışıqları zamanı müzakirə etdiyi layihənin təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, Ukrayna və Amerika liderləri yanvarın 22-də İsveçrənin Davos şəhərində danışıqlar aparıblar.

Görüş bir saatdan az davam edib və Tramp və Zelenski bundan sonra mətbuat konfransı keçirməyiblər.

Maqsud

Gununsesi.info