Zelenski döyüş təcrübəsi olan məhkumları azadlığa buraxır

  • By admin
  • 28 Fevral 2022 13:43

“Döyüş təcrübəsi olan məhkumlar həbsdən azad olunacaq və öz günahlarını ən qaynar nöqtələrdə yuya biləcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski növbəti müraciəti zamanı söyləyib.

“Antiterror əməliyyatlarında iştirak edən bir sıra şəxslərdən sanksiyalar götürülür. İşğalçılarla mübarizə aparmağa hazır olan hər kəs bunu etməlidir”, – Zelenski deyib.

Gununsesi.info