Zelenski döyüşdə ölən futbolçuya qəhrəman adı verdi

  • By admin
  • 03 Mart 2022 13:35

“Karpati” (Lvov) klubunun dünyasını dəyişən futbolçusu Vitali Sapilo Ukrayna Qəhrəmanı adına layiq görülüb.

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, ölkə prezidenti Volodimir Zelenski 21 yaşlı oyunçunu ölümündən sonra bu ada layiq görüb.

Qeyd edək ki, “Karpati”nin yetirməsi olan Sapilo tank komandiri olub. O, fevralın 25-də dünyasını dəyişib.

Gununsesi.info