ABŞ-ın “Time” jurnalı ilin adamını elan edib.
Gununsesi.info xəbər verir ki, “Time” jurnalı 1927-ci ildən bəri hər il təşkil etdiyi “İlin adamı” mükafatının builki qalibinin Ukrayna prezidenti Zelenski olduğunu açıqlayıb.
Ötən həftələrdə səsverməyə başlayan Time redaktorları bu ili qeyd edən şəxsin Ukrayna lideri Zelenski olduğuna qərar veriblər. Digər tərəfdən, Zelenski ilə birlikdə ölkənin işğala qarşı müqavimətini göstərən “Ukraynanın ruhu” da “İlin adamı” siyahısına daxil edilib.
Jurnalın baş redaktoru Edvard Felsenthal deyib: “Ukrayna müharibəsi insanı ümid və ya qorxu ilə doldursun, Zelenski dünyanı onilliklər ərzində görmədiyimiz şəkildə hərəkətə gətirdi”, ifadələrindən istifadə edib.
Namizədlərin ilkin seçmə siyahısına ABŞ-ın keçmiş prezidenti Donald Tramp, ABŞ müğənnisi Beyons, Amazon-un yaradıcısı Ceff Bezos, Böyük Britaniya kralı III Çarlz və iqlim fəalı Qreta Tunberq də daxil edilib.
Finalçılardan görkəmli adlar arasında Florida qubernatoru Ron DeSantis, Elon Musk, İrandakı etirazçılar, ABŞ-ın maliyyə naziri Canet Yellen və Çin prezidenti Si Cinpin də var idi.
Qeyd edək ki, ötən il jurnal məşhur milyarder İlon Maskı ilin adamı seçmişdi.