Zelenski G20 qarşısında şərt qoydu - PUTİN GƏLƏCƏKSƏ...

  • By admin
  • 04 Noyabr 2022 14:02

Ukrayna Prezidenti Volodimir Zeleniski  bu gün keçirdiyi  brifinqi  zamanı  qarşıda keçirilən G20 sammitinə gedib-getməyəcəyi barədə suala cavab verib.

Gununsesi.info-nun Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, deyib ki, Rusiya Prezidenti Vladimir Putin Böyük İyirmilər (G20) sammitində iştirak etsə, o, həmin sammitdə iştirak etməyəcək.

“Mənim şəxsi mövqeyim və Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri iştirak edərsə, Ukrayna iştirak etməyəcək” Zelenski deyib.

Zelenski həmçinin bildirib ki, Ukrayna noyabrın 15-16-da İndoneziyada keçiriləcək sammitə hazırlaşır. O, indoneziyalı həmkarı Coko Vidodo ilə hazırlığın detallarını müzakirə etdiyini bildirib.

“Hər halda, bu gün bizi yenidən dəvət etdilər. Baxacağıq, saymalı günlər qalıb” deyib Zelenski.

Oktyabrın əvvəlində Ukrayna Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkün olmadığı barədə qərarını açıqlayıb.