Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Çayki kəndindəki Krım Müsəlmanları Mərkəzindəki iftar yeməyində iştirak edib.
Gununsesi.info xəbər verir ki, Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere, Krım Tatar Türklərinin lideri və Ukrayna millət vəkili Mustafa Kırımoğlu, Krım Tatar Milli Məclisinin (KTMM) sədri Rifat Çubarov, Ukraynadakı dini liderlər və müsəlmanlar Krımdakı iftar yeməyində iştirak ediblər.
Məclisdə müsəlmanlar Rusiya-Ukrayna Müharibəsində həyatını itirən ukraynalı əsgərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ukrayna Prezidenti Zelenski buradakı çıxışında proqramda iştirakdan məmnunluğunu bildirib.
Çıxışında, “Hörmət və təminatlı müxtəliflik müstəqil Ukraynanın xüsusiyyətlərinin bir hissəsidir” deyib.
Ölkəsində müharibənin davam etdiyini xatırladan Zelenski Ukraynadakı ərazi bütövlüyü problemlərinin Rusiyanın Krımı qanunsuz ilhaqı ilə başladığını bildirib: “Krımın işğaldan azad olmaqdan başqa alternativi yoxdur.”
Şəbnəm
Gununsesi.info