Zelenski ilə görüşdən əvvəl deputatların telefonları yığıldı

  • By admin
  • 06 Sentyabr 2019 09:40

Ukrayna Ali Radasında “Xalqın xidmətçisi”  partiyasının iclasında gözlənilməz hadisə yaşanıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, prezident Vladimir Zelenskinin də iştirak etdiyi iclasdan əvvəl heç bir səsyazma aparılmaması üçün deputatların telefonları yığılıb. Bu barədə parlamentin söz azadlığı məsələləri üzrə komitə sədrinin müavini Yevgeni Braqar məlumat verib.

Onun sözlərinə görə, Radada fraksiyanın daxili işlərinə aid məsələlər müzakirə edilib ki, bu da açıqlama tələb etmir.

Gununsesi.org