Zelenski ilə Poroşenko bir-birinin əlini sıxdı

  • By admin
  • 04 Mart 2020 23:36

Bu gün Ukrayna Ali Radasının növbədənkənar iclasında maraqlı anlar yaşanıb.

Gununsesiaz.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, parlamentin iclasında Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski ilə keçmiş prezidenti Petro Poroşenko bir-birinin əlini sıxıb. Bir müddət söhbət edən siyasilərin görüntüsü sosial şəbəkə istifadəçilərindən biri tərəfindən paylaşılıb.

Zelenski ilə Poroşenkonun əl verib görüşərkən bir-birlərinin üzünə baxmaması da diqqət çəkib.

 

 

Gununsesiaz.info