“Moskva üçün heç nə dəyişməyib, Kreml belə bir ehtimalı rədd etmir, ancaq sənədin mətni razılaşdırıldıqdan sonra”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşünün perspektivlərindən danışarkən deyib.
“Bizim üçün heç nə dəyişməyib, prezidentimizin görüş ehtimalını rədd etmirik. Amma bir daha təkrar edirik ki, belə bir görüş yalnız sənədin mətni razılaşdırıldıqdan sonra mümkündür”, – Putinin sözçüsü bildirib.
Gununsesi.info