Zelenski ilə Bayden təhlükəsizliyi və deeskalasiyanı müzakirə edəcəklər

  • By admin
  • 13 Fevral 2022 19:54
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Cozef Bayden yaxın saatlarda danışıqlar aparacaqlar.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov özünün feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, yaxın saatlarda Zelenski və Bayden telefonla təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər. Danışıqlarda həmçinin Ukrayna ətrafında vəziyyətin deeskalasiyası üçün davam edən diplomatik səylər də diqqət mərkəzində olacaq.
Gununsesi.info