Zelenski İlham Əliyevi təbrik etdi

  • By admin
  • 28 May 2021 13:14

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, V.Zelenski Tvitter hesabındakı paylaşımında iki ölkə arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib: “Respublika Gününüz mübarək olsun! Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dialoqun ikitərəfli tərəfdaşlıqda davam etdirilməsini və Ukraynanın müstəqilliyinin 30-cu ildönümü tədbirlərində iştirakınızı səbirsizliklə gözləyirəm”, – Ukrayna Prezidentinin təbrik paylaşımında belə qeyd edilib.

Gununsesi.info