Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin NATO-ya dəvətini istəyib Onun sözlərinə görə, bu, ABŞ prezidenti Co Baydendən asılı olan məsələdir.
Gununsesi.info xəbər verir ki, bu barədə o CNN telekanalına müsahibəsində deyib. .
“Bu siqnal həqiqətən çox vacibdir. Bu, Baydenin qərarından asılıdır. İndi dəvət Ukrayna əsgərləri üçün böyük stimul olardı.”
Eyni zamanda, Zelenski hərbi əməliyyatlar bitənə qədər Ukraynanın “heç vaxt NATO-da olmayacağını” başa düşdüyünü də bildirib.
Onun sözlərinə görə, Kiyevin gələcəkdə müttəfiqlər sırasında olacağını hiss etməsi çox vacibdir.
Tərcümə
Şəbnəm
Gununsesi.info
Shabnam Rahimova