Zelenski Kursk əməliyyatından danışdı

  • By Günel
  • 15 Mart 2025 09:13

“Ukrayna Silahlı Qüvvələrinin Kurskdakı əməliyyatı Rusiya qüvvələrini digər istiqamətlərdən ayıraraq, öz vəzifəsini yerinə yetirib”.

Gununsesi.info Oxu.Az -a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Hazırda vəziyyət çox mürəkkəbdir. Mən bu əməliyyata görə döyüşçülərimizə ancaq təşəkkür edə bilərəm. Əməliyyat öz vəzifəsini yerinə yetirdi. İlk olaraq Xarkov istiqamətinə təzyiq azaldı, sonra onlar öz qoşunlarını şərq istiqamətindən çəkdilər” , – deyə o vurğulayıb.

Gununsesi.info